İranın bir sıra şəhərlərində partlayış səsləri eşidildi
01 Sentyabr 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
243
14.11.2024, 15:48
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.
Oxu24.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd olunur ki, Ermənistan hakimiyyəti ölkənin KTMT-dəki üzvlüyünün dondurulduğunu elan etsə də, Rusiyadakı səfiri Qurgen Arsenyan təşkilatdakı həmkarları ilə birlikdə Rusiya xarici işlər naziri ilə görüş keçirib. Arsenyanın iştirakı diqqəti ona yönəldib ki, İrəvan son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot edib.
Bu müddət ərzində ölkənin Baş naziri Nikol Paşinyan bir neçə dəfə Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu bəyan edib. Bu ilin sentyabrında o, KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb və bəyan edib ki, təşkilatla münasibətlərdə geri dönüş nöqtəsi artıq keçib.
Kreml Paşinyanın bu rezonanslı bəyanatına reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov onun fikirləri ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur, əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır.
Həmçinin oxuyun
21:09 / 01 Sentyabr 2026
27
20:51 / 01 Sentyabr 2026
45
20:37 / 01 Sentyabr 2026
91
20:18 / 01 Sentyabr 2026
57
20:13 / 01 Sentyabr 2026
65
20:07 / 01 Sentyabr 2026
88
19:58 / 01 Sentyabr 2026
90
19:50 / 01 Sentyabr 2026
101
19:25 / 01 Sentyabr 2026
105
19:00 / 01 Sentyabr 2026
79
18:49 / 01 Sentyabr 2026
80
18:36 / 01 Sentyabr 2026
79
18:21 / 01 Sentyabr 2026
102
17:59 / 01 Sentyabr 2026
94
17:56 / 01 Sentyabr 2026
79
17:55 / 01 Sentyabr 2026
77
17:40 / 01 Sentyabr 2026
85
17:25 / 01 Sentyabr 2026
87
17:24 / 01 Sentyabr 2026
363
17:21 / 01 Sentyabr 2026
84
17:20 / 01 Sentyabr 2026
105
17:15 / 01 Sentyabr 2026
79
17:11 / 01 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.