İran Hörmüz boğazının bağlandığını elan edib
01 Sentyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
186
13.11.2024, 11:25
Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsi LGBT təşkilatında çaxnaşma yaradıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, buna isə onun seçki kampaniyası müddətində çıxışlarında, reklamlarında və yazılı platforma siyasətlərində transseksuallara qarşı ritorika nümayiş etdirməsi səbəb olub.
Bildirilir ki, Respublikaçılar Partiyası seçki dövründə cinsi azlıqlar əleyhinə reklamlara 215 milyon dollar xərcləyib.
Bundan əlavə, siyasətçi LGBT üzvlərini qəzəbləndirəcək yeni açıqlamalar da verib.
Daha öncə “Allah yalnız iki cins yaradıb: kişi və qadın” deyən Trampın prezidentliyi dövründə LGBT ilə bağlı planları da bəlli olub:
- Uşaqlara uyğun olmayan cinsi material və transseksuallığı öyrədən bütün məktəblərə maliyyə yardımı dayandırılacaq;
- Konqresdən ABŞ hökuməti tərəfindən tanınan yeganə cinslərin kişi və qadın olduğunu müəyyən edən qanun layihəsini qəbul etməsi tələb olunacaq;
- Uşaqlara “yanlış bədənə aid olduqlarını” təlqin edən səlahiyyətli şəxslərlə bağlı ciddi tədbirlər görüləcək;
- Hər bir federal agentliklə bağlı cinsin dəyişdirilməsini təşviq edən bütün proqramları dayandırmağa yönəlmiş Sərəncam imzalanacaq;
- Ana-atanın vəzifələri, ailə dəyərləri və kişi ilə qadın arasındakı fərqlər doğru təlimlərlə izah olunacaq;
- Bütün ştatlarda yetkinlik yaşına çatmayanlar üzərində cinsiyyət dəyişdirmə əməliyyatları qadağan olunacaq;
- Cinsiyyət dəyişikliyinin uzunmüddətli yan təsirlərini gizlədərək, bu sektor vasitəsilə zənginləşən böyük əczaçılıq şirkətləri və xəstəxana şəbəkələrinin mənfəəti araşdırılacaq.
Tramp ikinci müddətə qalib gəldiyinə görə LGBT+ icmasından olan amerikalılar onun yanvarda Ağ Evə qayıtmasından sonra aparacağı hansı siyasətin onların hüquqlarına daha çox təsir edəcəyi ilə maraqlanırlar.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.