Qaynar xətt:

(+99450) 247 90 86

Moldova müxalifəti AİHM-də Avropa referendumuna etiraz edəcək

Moldova müxalifəti AİHM-də Avropa referendumuna etiraz edəcək

DÜNYA

182

12.11.2024, 20:23

Moldova müxalifəti Avropa İnsan Haqları Şurasında (AİHM) respublikada keçirilmiş Avropa referendumunun nəticələrinə və mahiyyətinə etiraz edəcək.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Moldovalı müxalif siyasətçi İlan Şor öz Telegram kanalında bildirib.

 

“Suallarımız çoxdur. Biz artıq Moldova Konstitusiya Məhkəməsinə müraciət etmişik, lakin hakimiyyətin nəzarətində olan qurum bizə rəsmi cavab verib. Moldova Prezidenti Maia Sandu və onun ətrafı vətəndaşların hüquqlarını kobud şəkildə tapdalayıblar. Qoy Avropa Məhkəməsi bu “ədaləti” görsün”, - deyə müxalifətçi bildirib.

O qeyd edib ki, referendumla bağlı səsvermə pozuntularla keçirilib və hakimiyyət Avrointeqrasiya əleyhdarlarına təzyiq edib.

Əvvəllər Moldova prokurorluğu seçkilərdə seçicilərin rüşvətxorluğunu araşdırmaqdan imtina edirdi. İdarənin rəhbəri Veronika Draqalinin sözlərinə görə, idarənin seçicilərin rüşvətxorluğu sahəsində korrupsiya faktlarını araşdırmaq səlahiyyəti yoxdur.

 

Nigar