İran Hörmüz boğazının bağlandığını elan edib
01 Sentyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
231
11.11.2024, 22:20
ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Ukraynanın Şimali Atlantika Alyansına dəvət olunması ehtimalı az görünür.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
"Trampın qələbəsindən sonra Ukraynanın NATO-ya dəvət alması ehtimalı az görünür", - hesabatda deyilir.
Ukrayna rəsmisinin sözlərinə görə, Trampın Kiyevə yardımı kəsməsi riski var.
Bir gün əvvəl ABŞ-ın seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp öz İnstaqram səhifəsində Ukraynaya maliyyə yardımının tezliklə dayandırılması ilə bağlı video yayımlayıb.
Noyabrın 7-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, prezident Co Baydenin administrasiyası səlahiyyət müddətinin sonuna qədər Ukraynaya dəstəklə bağlı hazırkı xarici siyasətini davam etdirəcək.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.
ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Bir müddət əvvəl ABŞ-ın keçmiş dövlət katibi Baydenin Ukraynaya yardımı “boşa xərclədiyini” bildirib.
Miri
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
81
23:41 / 01 Sentyabr 2026
234
23:12 / 01 Sentyabr 2026
84
23:04 / 01 Sentyabr 2026
117
22:53 / 01 Sentyabr 2026
75
22:31 / 01 Sentyabr 2026
89
22:00 / 01 Sentyabr 2026
107
21:54 / 01 Sentyabr 2026
118
21:40 / 01 Sentyabr 2026
133
21:37 / 01 Sentyabr 2026
215
21:22 / 01 Sentyabr 2026
99
21:09 / 01 Sentyabr 2026
99
20:51 / 01 Sentyabr 2026
74
20:37 / 01 Sentyabr 2026
219
20:18 / 01 Sentyabr 2026
97
20:13 / 01 Sentyabr 2026
91
20:07 / 01 Sentyabr 2026
116
19:58 / 01 Sentyabr 2026
1080
19:50 / 01 Sentyabr 2026
117
19:25 / 01 Sentyabr 2026
136
19:00 / 01 Sentyabr 2026
103
18:49 / 01 Sentyabr 2026
95
18:36 / 01 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.