İran Hörmüz boğazının bağlandığını elan edib
01 Sentyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
221
11.11.2024, 21:05
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Homs əyalətinin Şəmsin bölgəsində humanitar yardım karvanına hücum edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Al-Ekhbaria” telekanalı məlumat yayıb.
Sana agentliyinin məlumatına görə, hazırda Homs-Dəməşq avtomobil yolu İsrail hərbi hava qüvvələrinin zərbələri səbəbindən bağlanıb. Qeyd olunur ki, humanitar yardım livanlı qaçqınlar üçün nəzərdə tutulub.
Şəmsin rayonu Şanşar qəsəbəsi yaxınlığında, magistral yolun kənarında humanitar yardımla daşınmalar yığılıb.
İsrailin Dəməşqin cənub-şərq ətrafına hücum etməsi xəbərindən bir gün əvvəl işğal altındakı Qolan təpələrindən raketlər atılıb. Onlarla mülki şəxs yaralanıb. Hava zərbələri zamanı Suriya ordusunun tərəfində vuruşan şiə Hizbullah birləşmələrinin döyüşçüləri məhv edilib.
Fələstinin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının ötən oktyabr ayında İsrail sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və hərbi əməliyyat çərçivəsində ora və Livan və Suriyanın bəzi ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Bundan əvvəl Hizbullah lideri İsraillə sülh danışıqlarına başlamaq şərtini açıqlamışdı.
Miri
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
81
23:41 / 01 Sentyabr 2026
234
23:12 / 01 Sentyabr 2026
84
23:04 / 01 Sentyabr 2026
117
22:53 / 01 Sentyabr 2026
75
22:31 / 01 Sentyabr 2026
89
22:00 / 01 Sentyabr 2026
107
21:54 / 01 Sentyabr 2026
118
21:40 / 01 Sentyabr 2026
133
21:37 / 01 Sentyabr 2026
215
21:22 / 01 Sentyabr 2026
99
21:09 / 01 Sentyabr 2026
99
20:51 / 01 Sentyabr 2026
74
20:37 / 01 Sentyabr 2026
219
20:18 / 01 Sentyabr 2026
97
20:13 / 01 Sentyabr 2026
91
20:07 / 01 Sentyabr 2026
116
19:58 / 01 Sentyabr 2026
1080
19:50 / 01 Sentyabr 2026
117
19:25 / 01 Sentyabr 2026
136
19:00 / 01 Sentyabr 2026
103
18:49 / 01 Sentyabr 2026
95
18:36 / 01 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.