Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukrayna ilə bağlı "sürpriz" hazırlayır

ABŞ Ukrayna ilə bağlı "sürpriz" hazırlayır

DÜNYA

205

11.11.2024, 11:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Ştatlar “sürpriz” təqdim edə və ilin sonuna qədər Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqları təşəbbüsü irəli sürə bilər.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu türkiyəli analitik Serhat Lətifoğlu deyib. 

"Qərb pərdəarxası diplomatiya aparır. ABŞ-nin ilin sonuna qədər danışıqlara başlamaq üçün təşəbbüs göstərməsinə təəccüblənməyin".

O əlavə edib ki, ən pis ssenaridə 2025-ci ilin yanvar və ya fevralında danışıqlara başlamaq təşəbbüsü gözlənilir.

Daha əvvəl “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişəyə tezliklə son qoyulmasını istədiyini deyib.