Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Trampa zəng etdi

Ərdoğan Trampa zəng etdi

DÜNYA

221

07.11.2024, 10:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp arasında telefon danışığı baş tutub.

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi yayıb. 

Bildirilib ki, Türkiyə lideri Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. 

Ərdoğan söhbət zamanı yeni müddətdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığı inkişaf etdirmək niyyətini də ifadə edib. 

Xatırladaq ki, Ərdoğan dünən “X” hesabında paylaşım edərək Trampı təbrik etmişdi.