ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib
02 Sentyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
206
06.11.2024, 11:48
Respublikaçılar Partiyasının namizədi və Ağ Evin keçmiş rəhbəri (2017-2021) ABŞ prezident seçkilərində yenidən qalib gəlib.
Oxu24.com xəbər verir ki, Bu barədə “Reuters” Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən məlumat yayıb.
Bir çox seçici Trampın prezidentliyini uğurlu lider kimi (pandemiya və böhrana baxmayaraq) xatırlayır. Əksinə, hazırkı dövlət başçısı Co Bayden miqrasiya böhranı və artan inflyasiyaya görə tənqid olunur. Bundan əlavə, Trampın hətta mübahisəli bəyanatlarını belə qəbul etməyə hazır olan çoxlu sadiq tərəfdarları var. 2020-ci il seçkilərində uduzduqdan sonra dövlət çevrilişinə cəhd etməsi ilə bağlı ittihamlar Trampın yenidən prezidentliyə qayıtmasına mane olmayıb. Və 2024-cü ilin iyulunda Ağ Evin keçmiş rəhbərinə qarşı sui-qəsd siyasətçinin reytinqlərdəki mövqeyini daha da gücləndirib.
Seçki kampaniyası zamanı Tramp orduya xərcləri artıracağını, vergiləri azaldacağını və mallara idxal rüsumlarının artırılması hesabına büdcəni dolduracağını vəd edib. Respublikaçı həm də aborta federal qadağa ilə bağlı qanun layihəsini imzalamaq niyyətində deyil, hesab edir ki, ştatların bu məsələni özləri həll etmək hüququ var. Tramp ilk prezidentliyi dövründə inşasına başlanan Meksika ilə sərhəddə divarı tamamlamaq və ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyası üçün ən böyük əməliyyatı həyata keçirmək istəyir. O, həmçinin viza alanlar üçün “sağlam ideoloji yoxlamanın” tərəfdarıdır və cinayətlərə görə vətəndaşlığı ləğv etmək istəyir. Xarici siyasətdə Tramp NATO müttəfiqlərini müdafiəyə “çox az” xərclədiklərinə görə tənqid edir. Siyasətçi hətta andiçmə mərasimindən əvvəl də Ukraynada hərbi əməliyyatlara son qoyacağını dəfələrlə bəyan edib və Kiyevə hərbi dəstəyin zəruriliyini şübhə altına alıb. Respublikaçı ABŞ-nin rəqibi hesab etdiyi Çin və İran məsələsində demokratlardan daha sərt mövqedədir.


















23:10 / 02 Sentyabr 2026
291
22:51 / 02 Sentyabr 2026
69
22:50 / 02 Sentyabr 2026
93
22:45 / 02 Sentyabr 2026
79
22:34 / 02 Sentyabr 2026
210
22:15 / 02 Sentyabr 2026
74
22:13 / 02 Sentyabr 2026
477
22:09 / 02 Sentyabr 2026
150
22:03 / 02 Sentyabr 2026
277
21:58 / 02 Sentyabr 2026
63
21:48 / 02 Sentyabr 2026
2070
21:39 / 02 Sentyabr 2026
61
21:30 / 02 Sentyabr 2026
354
21:22 / 02 Sentyabr 2026
68
21:19 / 02 Sentyabr 2026
65
21:15 / 02 Sentyabr 2026
74
21:08 / 02 Sentyabr 2026
75
21:06 / 02 Sentyabr 2026
82
21:04 / 02 Sentyabr 2026
2117
20:54 / 02 Sentyabr 2026
148
20:45 / 02 Sentyabr 2026
64
20:34 / 02 Sentyabr 2026
98
20:24 / 02 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.