Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-də prezident seçkiləri başladı

ABŞ-də prezident seçkiləri başladı

DÜNYA

221

05.11.2024, 12:51

Bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə ilk olaraq Vermont ştatında açılıb. 

Qeyd edək ki, bu gün ABŞ-də keçiriləcək seçkilər ölkədə gələcək 4 il ərzində kimin prezident olacağını müəyyənləşdirəcək.

Xatırladaq ki, prezident postu uğrunda mübarizə Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedir.

Səsvermənin açılış və bağlanma saatları hər ştatda fərqlidir. Ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq. 

Qeyd edək ki, ölkə üzrə artıq 70 milyondan çox amerikalı erkən səs verib.