Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda müxalifət mitinq keçirir

Gürcüstanda müxalifət mitinq keçirir

DÜNYA

281

04.11.2024, 21:57

Gürcüstanın paytaxtı Tiflisdə oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq keçirilir.

OXU24.COM xəbər verir ki, müxalifət partiyalarının liderləri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları parlamentin qarşısındakı meydanda toplaşıblar.

Müxalifət liderlərinin çıxış etməsi və gələcəklə bağlı planlarını açıqlaması gözlənilir.

Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.