“Titanik”dən sağ çıxan qadının brilyant üzüyü 145 min dollara satılıb
22 Noyabr 2026, 01:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
04.11.2024, 19:41
Rusiya prezidenti Vladimir Putin Kremldə Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin işgüzar xarakter daşıdığını qeyd edib.
"KXDR Xarici İşlər Nazirliyinin rəhbəri görüşə görə Putinə təşəkkür edib və Kim Çen Inın səmimi salamlarını çatdırıb", - Kremlin saytında deyilir.
Noyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində Rusiya və KXDR xarici işlər nazirləri Sergey Lavrov və Çoi Sonq Hui arasında danışıqların yekunlaşdığı bildirilib. Görüş üç saatdan çox davam edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, noyabrın 1-də Lavrov KXDR-dən olan həmkarı ilə Yaroslavl vağzalında görüşüb. Görüş Kim İr Senin 1949-cu ildə SSRİ-yə səfərini xatırladan xatirə lövhəsinin açılışının keçirildiyi yerdə başlayıb.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, imzalanmış strateji tərəfdaşlıq sazişinə uyğun olaraq, Rusiya və KXDR mütəmadi olaraq ikitərəfli münasibətlər və beynəlxalq siyasət məsələləri üzrə məsləhətləşmələr aparacaqlar.
Bundan əvvəl Rusiya və KXDR tərəfdaşlıq sazişinin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Nigar
12:30 / 22 Noyabr 2026
1
12:17 / 22 Noyabr 2026
67
11:38 / 22 Noyabr 2026
581
11:12 / 22 Noyabr 2026
164
10:51 / 22 Noyabr 2026
495
10:47 / 22 Noyabr 2026
188
10:38 / 22 Noyabr 2026
129
10:16 / 22 Noyabr 2026
719
09:15 / 22 Noyabr 2026
889
08:56 / 22 Noyabr 2026
374
01:34 / 22 Noyabr 2026
214
01:33 / 22 Noyabr 2026
182
23:53 / 21 Noyabr 2026
1003
23:41 / 21 Noyabr 2026
330
23:11 / 21 Noyabr 2026
1740
23:00 / 21 Noyabr 2026
194
22:47 / 21 Noyabr 2026
600
22:32 / 21 Noyabr 2026
252
22:20 / 21 Noyabr 2026
762
22:02 / 21 Noyabr 2026
654
21:49 / 21 Noyabr 2026
210
21:32 / 21 Noyabr 2026
764
21:27 / 21 Noyabr 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.