Qaynar xətt:

(+99450) 247 90 86

ABŞı-ın bu şəhərində bütün polislər işdən çıxdı

ABŞı-ın bu şəhərində bütün polislər işdən çıxdı

DÜNYA

287

01.11.2024, 20:06

ABŞ-da bir şəhərin  polisləri eyni gündə işdən qovulublar.

 

Oxu24.com bu barədə   Fox News -a istinadən yazır.

Bu fakt yerli sakinləri çox təəccübləndirib.

 

Hadisə  Oklahoma ştatının Geary şəhərində baş verib. 

Polis sözçüsü Terrill Allen, "Təəssüflə bildiririk ki, bütün polis qüvvələrimiz artıq sizin icmaya xidmət etmir",-deyə bildirib.

Geary polis rəisi Alicia Ford da istefasını təsdiqləyərək qərarın çətin, lakin zəruri olduğunu bildirib. O, yerli sakinləri şəhər həyatında və şəhər şurasının iclaslarında fəal iştirak etməyə çağırıb.

Buna baxmayaraq, məmurlar sakinlərin təcili yardım üçün 911-ə zəng etməyə davam edə biləcəyini deyiblər.

 

Nigar