Gürcüstanda zəlzələ olub
03 Sentyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
231
31.10.2024, 21:27
Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.
OXU24.COM xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın "Hetq" media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.
"Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın "yarımçıq sülh" fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.
Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib", - XİN-dən bildirilib.
11:13 / 03 Sentyabr 2026
1
11:00 / 03 Sentyabr 2026
13
10:50 / 03 Sentyabr 2026
55
10:18 / 03 Sentyabr 2026
59
10:16 / 03 Sentyabr 2026
63
10:14 / 03 Sentyabr 2026
53
10:13 / 03 Sentyabr 2026
59
10:12 / 03 Sentyabr 2026
52
23:10 / 02 Sentyabr 2026
807
22:51 / 02 Sentyabr 2026
131
22:50 / 02 Sentyabr 2026
224
22:45 / 02 Sentyabr 2026
137
22:34 / 02 Sentyabr 2026
412
22:15 / 02 Sentyabr 2026
117
22:13 / 02 Sentyabr 2026
979
22:09 / 02 Sentyabr 2026
302
22:03 / 02 Sentyabr 2026
635
21:58 / 02 Sentyabr 2026
98
21:48 / 02 Sentyabr 2026
3780
21:39 / 02 Sentyabr 2026
82
21:30 / 02 Sentyabr 2026
623
21:22 / 02 Sentyabr 2026
86
21:19 / 02 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.