Qloriya Staynem vəfat edib
03 Sentyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
327
30.10.2024, 19:43
Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətin parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı iddialarından sonra dindirilmək üçün Baş Prokurorluğa getmək niyyətində deyil.
Oxu24.com xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
“Prokurorluq məndən saxtakarlığa dair sübut təqdim etməyimi gözləyir, lakin bunun əksi baş verməlidir. Ona görə də mən prokurorluğa məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar, prezident də öz işi ilə məşğul olsun”.
Bu gün Gürcüstanda parlament seçkilərində saxtakarlıqla bağlı araşdırma başlayıb və ölkə prezidenti Salome Zurabişvili dindirilməyə çağırılıb. İş Mərkəzi Seçki Komissiyasının 30 oktyabr tarixli müraciəti əsasında başlanıb. Gürcüstan prezidenti oktyabrın 31-də müstəntiqlər qarşısına çıxmalıdır. MSK-nın bəyanatına görə, Zurabişvilinin əlində mümkün saxtakarlığa dair sübutlar olmalıdır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edib ki, əgər prezident və digər müxalifət nümayəndələri parlament seçkilərində potensial saxtakarlıq faktı ilə bağlı prokurorluğa dindirilməyə gəlməsələr, bu, onun ittihamlarının yalan olduğunun təsdiqi sayılacaq.
Zurabişvili daha əvvəl Qərb ölkələrini parlament seçkilərinə yenidən baxılması üçün hakim “Gürcü Arzusu” partiyasına “həddindən artıq təzyiq” etməyə çağırmışdı.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.
Bundan əvvəl Bayden Gürcüstandakı seçkilərdən narazı idi.
Miri
16:23 / 03 Sentyabr 2026
1
16:15 / 03 Sentyabr 2026
5
16:11 / 03 Sentyabr 2026
29
16:10 / 03 Sentyabr 2026
27
16:05 / 03 Sentyabr 2026
33
16:05 / 03 Sentyabr 2026
27
16:04 / 03 Sentyabr 2026
26
15:55 / 03 Sentyabr 2026
30
15:35 / 03 Sentyabr 2026
35
15:18 / 03 Sentyabr 2026
52
15:15 / 03 Sentyabr 2026
57
15:00 / 03 Sentyabr 2026
75
14:57 / 03 Sentyabr 2026
610
14:54 / 03 Sentyabr 2026
120
14:47 / 03 Sentyabr 2026
159
14:45 / 03 Sentyabr 2026
57
14:38 / 03 Sentyabr 2026
61
14:32 / 03 Sentyabr 2026
267
14:26 / 03 Sentyabr 2026
103
14:15 / 03 Sentyabr 2026
60
14:08 / 03 Sentyabr 2026
58
14:05 / 03 Sentyabr 2026
59
14:00 / 03 Sentyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.