Qaynar xətt:

(+99450) 247 90 86

“TikTok”un qurucusu Çinin ən varlı adamı seçildi

“TikTok”un qurucusu Çinin ən varlı adamı seçildi

DÜNYA

282

29.10.2024, 22:39

“TikTok”un qurucusu, “ByteDance” şirkətinin həmtəsisçisi Zhang Yiming Çinin ən varlı adamı seçilib.

Bununla bağlı Şanxayda nəşr olunan “Hurun” jurnalı siyahı açıqlayıb.

Siyahıya görə, Zhang Yiminqin hazırda 49,3 milyard dollar sərvəti var.

Bu isə onun 1 il əvvəlki sərvət dəyərindən 43% çoxdur.

Qeyd edək ki, “TikTok”, bəzi ölkələrdə ciddi narahatlıqlar yaratsa da, dünyanın ən populyar sosial media proqramlarından birinə çevrilib.