Qaynar xətt:

(+99450) 247 90 86

Moskva hava limanında həyəcan siqnalı verildi

Moskva hava limanında həyəcan siqnalı verildi

DÜNYA

225

28.10.2024, 13:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvanın Vnukovo hava limanında “Utair”ə məxsus təyyarənin təcili eniş etməsi ilə bağlı həyəcan təbili çalınıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Aviaincident Telegram kanalı yazır.

Bazar günü, oktyabrın 27-də Naryan-Mara uçan Boeing 737-500 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Qeyd olunur ki, təyyarənin qanadının mexanikləşdirilməsi ilə bağlı problem yaranıb.

 

Bundan əvvəl Moskvadan Nijnevartovska uçan Rusiya aviaşirkətinin təyyarəsi göyərtəsindəki xəstə sərnişinə görə Permdə eniş edib. 77 yaşlı qadın uçuş zamanı özünü pis hiss edib, bu səbəbdən təyyarənin kapitanı təcili olaraq başqa şəhərə enməli olub.

 

Nigar