Qaynar xətt:

(+99450) 247 90 86

Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdalayıb

Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdalayıb

DÜNYA

210

25.10.2024, 19:51

Hindistanda fil onunla selfi çəkmək istəyən kişiyə hücum edib.

Oxu24.com xəbər verir  ki, bu barədə  Daily Mail yazır.

KİV-in məlumatına görə, 23 yaşlı Srikant Satre dostu ilə cəngəllik yaxınlığında gəzərkən fillə qarşılaşıb. Dostlar təhlükəyə baxmayaraq, onunla selfi çəkdirmək qərarına gəliblər və buna görə peşman olublar. 

Satrenin dostu fili qorxutmağa çalışsa da, heyvan adamı yerlə sürükləməyə davam edib. Çağırış üzrə gələn həkimlər Srikantın xəsarətləri çox ağır olduğundan onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparan polis əməkdaşları vəhşi heyvanlarla rəftar zamanı təhlükəsizlik qaydalarını xatırladıb və vətəndaşlardan zəruri hallarda belə heyvanlarla təmasda olmamağı xahiş ediblər.

 

Nigar