Qaynar xətt:

(+99450) 247 90 86

ZelenskiQuterreşini Ukraynada görmək istəmir

ZelenskiQuterreşini Ukraynada görmək istəmir

DÜNYA

199

25.10.2024, 20:45

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Ukraynaya səfəri təklifini rədd edib.

Oxu24.com xəbər verir  ki, bu barədə UNİAN-ın müxbirinə məlumatlı mənbə bildirib.

Xüsusilə, Quterreşi Kiyevdə qəbul etməkdən imtina BMT rəhbərinin bu həftə Rusiyanın Kazan şəhərində baş tutan BRİKS sammitində iştirakı ilə bağlıdır.

BMT-nin baş katibi BRİKS sammitindən sonra Ukraynaya səfər etmək istəyib, lakin onun səfəri Ukrayna tərəfi tərəfindən təsdiqlənməyib.


UNİAN-ın xəbərinə görə, oktyabrın 24-də Quterreş BRİKS sammitində Rusiya diktatoru Vladimir Putinin iştirakı ilə çıxış edərək, “BMT Nizamnaməsinə uyğun olaraq” Ukraynada “ədalətli sülh”ə çağırıb.

 

Miri