Çində “hamilə robot” hazırlanır - Şok ideya
03 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
274
25.10.2024, 13:55
Amerika ictimaiyyətini iki yerə bölən Menendez ailəsinin qətlində yeni dəlillər üzə çıxıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bəzilərinin günahsız, bəzilərinin isə dəhşətli cinayət adlandırdığı qətli törədən Erik və Layl qardaşlarına bir işıq görünüb. Belə ki, Menendez qardaşlarının işində prokuror yeni dəlillər işığında iki qardaşın cəzalarının yenidən qiymətləndirilməsini və şərti azadlığa buraxılmasını istəyib.
Bildirək ki, ABŞ-nin ən zəngin cütlüklərindən biri olan Jose və Kitty Menendez 20 avqust 1989-cu ildə Beverli Hillsdəki malikanəsində yaxın məsafədən dəfələrlə atəşə tutulub. Cütlüyün oğulları vəziyyəti bildirdikdən sonra çoxlu polis qrupu hadisə yerinə yönəldilib.

Həmin vaxt 21 və 18 yaşlarında olan Erik və Layl qardaşları polisin dindirilməsi zamanı evə gələndə valideynlərini ölü tapdıqlarını iddia ediblər. Menendez qardaşları qətldən sonra ailələrinin pulunu balanssız xərclədikləri və davamlı olaraq əyləndikləri zaman əsas şübhəlilər kimi diqqət çəkiblər. Daha sonra qardaşlar qətli törətməkdə əsas şübhəli kimi həbs ediliblər.

Məhkəmədə müdafiə çıxışı edən qardaşlar anadan olduqları andan ataları tərəfindən təcavüzə və zorakılığa məruz qaldıqlarını göz yaşları içində izah ediblər. Analarının təcavüzə məruz qaldıqlarını bildiyini, lakin heç bir şey etmədiyini iddia edən qardaşlar hər seansda atalarının onları necə təhqir etdiyini izah etməli və bu anları yenidən yaşamalı olublar.

53 yaşlı Erik Menendez və 56 yaşlı Layl Menendez hazırda Kaliforniya ştatında ömürlük həbs cəzası çəkirlər. Onların hazırkı cəzalarına əsasən şərti azadlığa buraxılma ehtimalı yoxdur.

Qardaşların cəzalarına yenidən baxılıb-bağlanmayacağına hakim qərar verəcək. Onların 30 ildən çox həbsxanada yatdıqdan sonra azad edilib-edilməyəcəyini şərti azadetmə şurası qiymətləndirəcək.
00:19 / 04 Sentyabr 2026
74
23:59 / 03 Sentyabr 2026
67
23:55 / 03 Sentyabr 2026
82
23:45 / 03 Sentyabr 2026
82
23:20 / 03 Sentyabr 2026
75
23:08 / 03 Sentyabr 2026
78
22:53 / 03 Sentyabr 2026
227
22:42 / 03 Sentyabr 2026
76
22:30 / 03 Sentyabr 2026
74
22:14 / 03 Sentyabr 2026
73
22:03 / 03 Sentyabr 2026
78
22:01 / 03 Sentyabr 2026
989
21:51 / 03 Sentyabr 2026
97
21:48 / 03 Sentyabr 2026
78
21:20 / 03 Sentyabr 2026
92
21:14 / 03 Sentyabr 2026
95
21:01 / 03 Sentyabr 2026
67
20:48 / 03 Sentyabr 2026
86
20:30 / 03 Sentyabr 2026
203
20:16 / 03 Sentyabr 2026
77
19:58 / 03 Sentyabr 2026
137
19:45 / 03 Sentyabr 2026
80
19:34 / 03 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.