BYD-nin satış və istehsalı qadağan edildi
22 Noyabr 2026, 13:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
282
25.10.2024, 18:28
Qərb ölkələri Ukraynadakı müharibədə uduzurlar, amma yenə də onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər.
Oxu24.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında deyib.
O, ölkəsinin təzyiqlərə baxmayaraq, münaqişəyə cəlb olunmağı planlaşdırmadığını vurğulayıb.
"Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini bitirmək istəmir və buna görə də bizim manevr üçün yerimiz olub-olmaması məsələsi ədalətlidir", - Orban deyib.
O qeyd edib ki, Budapeşt iqtisadi sahədə “manevr üçün yer” saxlayıb, bu da münaqişədən çox təsirlənib. Baş nazir “soyuq müharibənin qayıdışı”nı pis fikir adlandırıb.
“Düşünürəm ki, səhv hərbi məntiqə əsaslanan pis iqtisadi siyasətlərdən qaça bilərik”, deyə Orban bildirib.
O əlavə edib ki, Macarıstan Rusiya neft və qazını ona görə alır ki, Avropa İttifaqının bəzi sanksiyalarından özü üçün istisna əldə edə bildi.
Macarıstanın baş naziri ümid edir ki, Respublikaçıların namizədi Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, “ABŞ-da müharibə partiyası sülh partiyası ilə əvəzlənəcək”, o zaman Rusiya ilə münaqişənin həllinə ümid etmək mümkün olacaq.
“Keçmiş prezident Tramp qayıdacaq və o zaman biz rahat nəfəs ala bilərik” deyə Macarıstan hökumətinin başçısı yekunlaşdırıb.
Bir gün əvvəl Orban demişdi ki, Aİ indiki Macarıstan hökumətini devirmək və onu “kukla” ilə əvəz etmək istəyir.
Nigar
16:38 / 22 Noyabr 2026
86
16:29 / 22 Noyabr 2026
86
16:18 / 22 Noyabr 2026
740
16:00 / 22 Noyabr 2026
133
14:27 / 22 Noyabr 2026
126
14:11 / 22 Noyabr 2026
151
13:47 / 22 Noyabr 2026
375
13:20 / 22 Noyabr 2026
136
12:51 / 22 Noyabr 2026
159
12:30 / 22 Noyabr 2026
331
12:17 / 22 Noyabr 2026
1440
11:38 / 22 Noyabr 2026
1715
11:12 / 22 Noyabr 2026
274
10:51 / 22 Noyabr 2026
826
10:47 / 22 Noyabr 2026
265
10:38 / 22 Noyabr 2026
174
10:16 / 22 Noyabr 2026
1022
09:15 / 22 Noyabr 2026
1134
08:56 / 22 Noyabr 2026
447
01:34 / 22 Noyabr 2026
237
01:33 / 22 Noyabr 2026
248
23:53 / 21 Noyabr 2026
1137
23:41 / 21 Noyabr 2026
382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.