Finlandiya Rusiya ilə sərhədində sədd inşa edib
07 Sentyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
203
17.09.2024, 15:22
Gürcüstan parlamenti son oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bundan əvvəl Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə dəyişikliklər paketini birinci oxunuşda dəstəkləyib.
Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsini 78 deputat 50 səs kvorumla dəstəkləyib. Parlamentarilər paketdə nəzərdə tutulan müxtəlif qanunlara dəyişiklikləri də dəstəkləyiblər. Müxalifətin əsas hissəsi qanun layihəsinin baxılmasında və səsvermədə iştirak etməyib, iclası boykot edib.
Dəyişikliklər həmçinin qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur. Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa tətbiq edilir, buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcək.
Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətinin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılması fiziki şəxslər üçün 1 min lari (təxminən 355 dollar), hüquqi şəxslər üçün 3 min lari (1 min dollardan çox) məbləğində cərimə edilir. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır.
Miri
00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.