Qaynar xətt:

(+99450) 247 90 86

Ölkəsini Ukraynaya dəstəyi dərhal dayandırmağa çağırdı

Ölkəsini Ukraynaya dəstəyi dərhal dayandırmağa çağırdı

DÜNYA

210

03.09.2024, 15:37

Niderland dərhal Ukraynaya dəstəyi dayandırmalıdır.

Oxu24.com xəbər verir ki, bu barədə Niderlandın sağçı Demokratiya Forumu partiyası "X" sosial şəbəkəsində bildirib.

Demokratiya Forumu Hollandiyanın baş naziri Dik Şofun ölkənin Kiyevə yardım etmək öhdəliyi ilə bağlı bəyanatını şərh edib . Partiya "Şimal axını" qaz kəmərlərinin bombalanmasında ölkə hakimiyyətinin iştirakı ilə bağlı xəbərlərdən sonra Ukraynaya yardımın yolverilməzliyini vurğulayıb. 

"Bu qəbuledilməzdir. Niderland dərhal Ukraynaya dəstəyi dayandırmalıdır", - partiya çağırış edib.