Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109309
az

Almaniyada daşqın insan tələfatına səbəb olub

11:5620 May, 2024
60
  • A

Almaniyanın cənub-qərbi cümə günündən bəri güclü yağışın təsiri altındadır. Bölgədə can itkisi ilə bağlı ilk xəbər Saarland əyalətindən gəlib. Sel sularının apardığı 67 yaşlı qadın bazar günü gecə aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Oxu24.com xəbər verir ki,Almaniyanın Fransa ilə həmsərhəd əyalətləri həddindən artıq yağışın təsiri altında olub.

 

Başda Saarland, Baden Württemberg və Rhineland Pfalz əyalətlərində bir çox yaşayış məntəqəsi sel sularına təslim olub.

 

İlk ölüm xəbəri Saarland əyalətindən gəldi. Saarbrücken Bələdiyyəsi, sel sularının apardığı 67 yaşlı qadının xilasetmə əməliyyatı zamanı aldığı xəsarətlərə görə aparıldığı xəstəxanada həyatını itirdiyini açıqlayıb.

 

Meteorologiya rəsmiləri qeyd ediblər ki, ölkənin cənub-qərbində 24 saatdan az müddətdə hər kvadratmetrə 100 kiloqramdan çox yağış düşüb.

 

Bazar günü günortadan sonra Reynland Pfalz əyalətinin Kirn şəhərinə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

 

Polis sözçüsü açıqlamasında bildirib ki, yağışlardan ən çox Sulzbach (Zulsbah) bölgəsi zərər çəkib. Qəsəbədəki bir çox evlərin zirzəmiləri və birinci mərtəbələri su və palçıqla dolub.

 

Polis 41 saylı magistral yolu sürüşmə səbəbindən müvəqqəti bağlayıb.

 

Almaniya Meteorologiya Xidməti Saarland və Reynland Pfalz əyalətləri üçün dördüncü səviyyəli ekstremal tufan xəbərdarlığı edib.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ