Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106143
az

Polisdən qaçan sürücü iki bina arasında "ilişib" qaldı - FOTO

23:0513 Aprel, 2024
168
DÜNYA
  • A

Ankaranın Etimesqut rayonunda sərxoş olduğu üçün polisdən qaçan taksi sürücüsünün idarə etdiyi avtomobil bazarın divarı ilə yaşayış binasının bağ divarı arasında ilişib.

 

Hadisə saat 03.30 radələrində Etimesqut rayonunun Altay rayonunda baş verib.

 

Polisin “saxla” xəbərdarlığına tabe olmayan taksi sürücüsü Y.K. 06 T 3940 nömrəli avtomobillə qaçıb.

 

Y.K. bir müddət qaçdıqdan sonra izlərini gizlətmək üçün Ayaş-Ankara Yolu bulvarındakı marketin dayanacağına daxil olub.

 

Polislərin onu izlədiyini görən sürücü yenidən çölə çıxmaq istəyəndə avtomobili bazar divarı ilə onun yanındakı yaşayış binasının bağ divarı arasında ilişib qalıb.

 

Sürücü Y.K. polis qrupları tərəfindən avtomobilin yan şüşəsindən çıxarılaraq yaxalanıb.

 

 Avtomobil evakuatorla olduğu yerdən çıxarılıb.

 

 

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var
Türkiyədə “TikTok” qadağan olunur?