Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106091
az

Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

10:1913 Aprel, 2024
53
DÜNYA
  • A

Rusiya ordusu gecə boyunca davam edən döyüşlər nəticəsində Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib.

 

Oxu24.com-un  UNIAN-a istinadən xəbərinə görə, görülən müdafiə tədbirlərinə baxmayaraq, əraziyə cəmləşdirilən heyət Çasov Yar, Novokalinovo və Tonenkiy kəndlərinə doğru irəliləyib.


Ukrayna Ordusunun Baş Qərargahından bildirilib ki, Rusiya tərəfi Çasov Yar istiqamətinə xeyli sayda texnika və canlı qüvvə cəmləşdirib. İvanovo kəndi ətrafındakı şiddətli döyüşlərə baxmayaraq, Rusiya ordusu qarşı tərəfin müqavimətini qıra bilməyib.

Gecə saatlarında Rusiya tərəfi Novokalinovo yaxınlığındakı dəmiryolu xəttinə nəzarəti təmin edib. Daha sonra onlar Berdiçev və Semyonovka rayonlarında qoşun yerləşdirməyə nail olublar.

Baş Qərargahdan o da bildirilib ki, hazırda Novomixaylovka və Krasnoqorovka kəndləri uğrunda ağır döyüşlər gedir. Uqledar şəhəri də Rusiya ordusunun hədəfindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanıldı
Premyer Liqa klubları razılaşdı: maaş limiti tətbiq olunacaq
Hizbullahdan İsrailə zərbə: ölən və yaralananlar var