Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106045
az

Tacikistan XİN açıqlama yaydı

15:4512 Aprel, 2024
63
DÜNYA
  • A

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Crocus City Hall konsert zalında törədilən terror aktını araşdırarkən işgəncələrdən istifadə etməməlidirlər.

 

Oxu24.com Asia-Plus -a istinadən  xəbər verir ki, bu barədə Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin MDB Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

 

Siyasətçi xatırladıb ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq standartlara və öz qanunvericiliyinin tələblərinə əməl etməlidirlər.

Muxriddin onu da bildirib ki, Tacikistan cinayətin təşkilatçıları, icraçıları, şərikləri və sifarişçilərinin Crocusda törədilən terror aktına görə cəzalandırılacağını gözləyir.

 

Aprelin 12-də günorta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bütün nümayəndə heyətləri Crocus City Hall konsertində baş vermiş terror aktı ilə əlaqədar Rusiya və onun xalqı ilə həmrəy olduqlarını təsdiqləyiblər.

Crocus-da terror aktı martın 22-də baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Bundan əvvəl “Krokus” terrorçularının mümkün şərikinin fotosu dərc edilmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ