Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106017
az

Rusiyada ağır qəza: 3 nəfər öldü

20:3711 Aprel, 2024
88
DÜNYA
  • A

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti aprelin 11-də bildirib ki, Krasnodar yaxınlığındakı magistral yolda baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

“Bu gün Kavkaz FAD-da Kavkazski rayonunda “VAZ-2110” markalı avtomobilin sürücüsü federal yolu keçərkən “Audi” markalı avtomobillə toqquşub”, - məlumatda deyilir.

 

Ən çox ziyan VAZ-2110 olub: avtomobil sözün əsl mənasında əzilib. Qəzanın 3 iştirakçısı dünyasını dəyişib.

 

Daha iki nəfər, o cümlədən 10 yaşlı uşaq yaralanıb.

 

Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır. Hazırda yoxlama aparılır.

 

Bundan əvvəl, aprelin 11-də Çeboksarıda mikroavtobusun dirəyə çırpılması ilə bağlı qəza baş verib. Toqquşma nəticəsində sürücü və iki sərnişin xəsarət alıb.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ