Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106010
az

İran hansı şərtlər altında İsrailə cavab verməkdən imtina edə biləcəyini açıqlayıb

19:5211 Aprel, 2024
92
DÜNYA
  • A

İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib ki, bu ölkə İslam Respublikasının Suriyadakı diplomatik obyektlərinə hücum edən İsrailə qarşı cavab tədbirləri görməkdən imtina edə bilər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

“Əgər BMT Təhlükəsizlik Şurası sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə qarşı məzəmmətli təcavüz aktını pisləsəydi və bundan sonra cavabdehləri məsuliyyətə cəlb etsəydi, İranın bu yaramaz rejimi cəzalandırması zərurətindən qaçınmaq olardı”.

 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranın İsraili vurmağa hazırlaşdığı qorxusu ilə bağlı bildirmişdi ki, İsrail Qəzza zolağında müharibəni davam etdirir, eyni zamanda, başqa ərazilərdə də ssenarilər hazırlayır.

 

Aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb.

 

Bundan əvvəl İsrail və ABŞ-ın İrandan cavab zərbəsi endirməyə hazırlaşdığı bildirilirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ