Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105539
az

Aİ və ABŞ Ermənistana milyonlar ayıracaq - YENİLƏNİB

16:2205 Aprel, 2024
69
DÜNYA
  • A

 

Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

"Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır", - Blinken deyib.

O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: "Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur".

Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.

O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: "Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik".

Blinken bugünkü üçtərəfli görüşdən səmərəli müzakirələr gözlədiyini əlavə edib.

-------

14:40

Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: "Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik".

Ursula von der Leyen Ermənistan hökumətinin "Sülh kəsişməsi" təşəbbüsünü təqdir edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək.

Avropa Komissiyasının Prezidenti Ermənistan hökumətinin demokratik islahatlarını alqışlayıb, Ermənistana Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində Aİ-ni səylərinə qoşulduğu üçün təşəkkür edib: "Bu, Ermənistanın və Aİ-nin ortaq dəyərləri və ortaq maraqları olduğunu göstərir".

Ursula von der Leyen deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.

"Biz Ermənistanın gələcəyi, habelə, sabit, çiçəklənən və sülhün olduğu Cənubi Qafqaz üçün işləməyə davam edəcəyik", - o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tokayev naziri vəzifəsindən AZAD ETDİ
Ermənistanda sual doğuran İTTİFAQ: Paşinyan məntiq axtarır, İrəvan isə istəmir ki...
Bayquşunu banka girov qoymaq istədi, əlindən aldılar