Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105257
az

“Alla Puqaçova xarici agent kimi tanınmayacaq” - Sobçak

21:4401 Aprel, 2024
179
DÜNYA
  • A

Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması bağlı xəbərini sosial şəbəkə istifadəçiləri və rusiyalı məşhurlar aktiv müzakirə edirlər.

OXU24.COM  lent.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Kseniya Sobçak da öz fikrini bildirib. O, bunun baş verməyəcəyinə, baş verərsə, böyük səhv olacağına inandığını yazıb.

Kseniya Sobçak bildirib ki, Alla Puqaçovanın adı xarici agentlərin reyestrinə daxil edilməyəcək.

"Keçən həftə internetdə belə bir ehtimalla bağlı şayiələr yayıldı. Kim nə qədər çalışsa da, o, irimiqyaslı bir fiqurdur. Alla Borisovna isə heç bir radikal yazı və ya siyasi bəyanatla çıxış etməyib" - Sobçak yazıb.

Müğənni  Alla Puqaçova bir müddət öncə həmyerlilərini qullarla müqayisə edərək, normal insanların Rusiyaya qayıtmaq istəmədiyini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Məşhur teleaparıcıda xərçəng aşkarlandı - FOTO
Qocalar evində qalan Alen Delon tanınmaz halda - FOTO