Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105250
az

Rusiyaya pomidor göndərənlərə ŞAD XƏBƏR

20:5501 Aprel, 2024
123
DÜNYA
  • A

Rusiyada hökumətin qərarı ilə 100 min tona qədər tədarük həcmi üçün müəyyən növ təzə və soyudulmuş pomidorun ölkəyə idxalı üçün gömrük rüsumları sıfırlanıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə “İnterfaks” xəbər verir.

 

Qeyd olunur ki, qərar daxili bazarda təklifi artırmaqla bu məhsulların qiymətlərinin sabitliyini təmin etmək məqsədi daşıyır.

 

Sənədə əsasən, qəbul edilən gömrük güzəştləri mayın 31-dək qüvvədə olacaq və qabırğalı, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri  ölçülü  pomidorların tədarükünə təsir göstərəcək.

 

Agentlik bildirib   ki, pomidorun idxalı üçün əsas rüsum dərəcəsi gömrük dəyərinin 10 faizini təşkil edir, lakin kiloqramı üçün 0,053 avrodan az olmamalıdır.

 

Pomidorun rüsumsuz idxalı ilə bağlı təklifi Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb və onun təsirini 130 min ton idxala qədər uzatmağı təklif edib.

 

Bundan əvvəl Rusiya hakimiyyəti toyuq yumurtasının kəskin bahalaşması fonunda 2024-cü il yanvarın 1-dən altı ay ərzində ölkəyə 1,2 milyard məhsulun idxalı üçün gömrük rüsumlarını sıfıra endirib.

 

İqtisadi İnkişaf Nazirliyi güzəştlərin verilməsi şərtlərini idxal olunan malların təyinatının təsdiqi və dost ölkələrdən çatdırılması adlandırıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ