Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104386
az

Politico: Moskva və Kiyev arasında danışıqların vaxtı artıq yaxınlaşır

20:4714 Mart, 2024
96
DÜNYA
  • A

Getdikcə daha çox Qərb siyasətçiləri Ukrayna münaqişəsinin həlli üçün dinc danışıqlara ehtiyacı dəstəkləməyə meyllidirlər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Politico” qəzeti yazır.

 

Nəşr qeyd edir ki, Roma Papasının Kiyevi məğlubiyyətini etiraf etmək və sülh danışıqlarına başlamaq üçün “cəsarət göstərməyə” çağırdığı son bəyanatı Ukraynanın müttəfiqlərinin “toksik” reaksiyasına səbəb olub, çünki bu mövzu tabu hesab olunurdu.

 

Buna baxmayaraq, bir çox qərblilər anlayır ki, gec-tez Rusiya ilə razılığa gəlməli olacaqlar.

 

Məsələn, qəzetə müsahibə verən və adının çəkilməsini istəməyən bir avropalı rəsmi etiraf edib ki, bir sıra Mərkəzi Avropa dövlətləri sülh danışıqlarını məqbul variant hesab etmirlər.

 

Lakin onun fikrincə, bu ölkələr məyus ola bilər.

 

"Biz realist qalmalıyıq. Müəyyən məqamda sülh danışıqlarına qoşulmalı və çox güman ki, bəzi ərazilərdən imtina etməli olacağıq", - deyə rəsmi bildirib.

 

Nəşr xatırladır ki, Ukrayna həmişəkindən daha çıxılmaz vəziyyətdədir. Kiyev rejimi tərəfindən geniş şəkildə reklam edilən əks-hücum uğursuzluğa düçar oldu və rus qoşunları hazırda təmas xəttində mövqelər əldə edirlər. Bununla yanaşı, Qərbin, xüsusən də ABŞ-ın Ukraynaya dəstək perspektivləri qeyri-müəyyən olaraq qalır.

 

Buna baxmayaraq, Politico-nun danışdığı bir çox siyasətçi hələ də danışıqlara kəskin şəkildə qarşıdır. Böyük Britaniya və Fransa hərbi əməliyyatların davam etdirilməsinin xüsusilə qızğın tərəfdarlarıdır.

 

Buna baxmayaraq, qəzet belə qənaətə gəlir ki, Roma Papası növbəti bir neçə ay ərzində mütəmadi olaraq təkrarlanacaq bir sual qoyub – Qərbin Rusiya ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirməsinin vaxtı çatıb.

 

Xatırladaq ki, martın 9-da Roma Papası Fransisk münaqişədə “insanları düşünən daha güclüdür, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür” fikrini bildirmişdi. Buna cavab olaraq Ukrayna prezidenti katolik kilsəsinin rəhbərini “virtual vasitəçiliklə məşğul olmaqda” ittiham edərək təhqir edib. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də Papanın "onu heç kimin dəvət etmədiyi bağçaya girdiyini" tənqid edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ