Qırğızıstanın şimalında 5,8 bal gücündə zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə Respublika Seysmologiya İnstitutu öz saytında məlumat yayıb.
İnstitutun məlumatına görə, yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 km şimalda və Bişkekdən 190 kilometr aralıda İssık-Kul bölgəsində yerləşib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Həmçinin Qazaxıstanın Alma-Ata şəhərində 6,1 bal gücündə güclü zəlzələ baş verib. Təbii hadisənin episentri şəhərdən 31 km cənubda olub. Şəhər sakinləri RİA Novosti-yə bildiriblər ki, onlar güclü təkanlar hiss ediblər, bundan sonra xəbərdarlıq sireninin səsi çıxıb və insanlar küçəyə çıxıblar.
Həmin gün İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Sumatra adasında yerləşən Benqkulu şəhərindən 224 km aralıda qeydə alınıb.
Yaponiyada daha əvvəl sualtı vulkanın püskürməsi zamanı yeni ada yaranıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR