Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103701
az

Almaniyada Taurus raketləri ilə bağlı mesajların ələ keçirilməsi səbəbini araşdırır

23:5101 Mart, 2024
119
  • A

Almaniya Müdafiə Nazirliyi yüksək rütbəli alman hərbçiləri arasında Taurus raketlərinin mümkün istifadəsi ilə Krım körpüsünə hücum planları haqqında danışığın yazısının Rusiyada ortaya çıxmasından sonra Almaniya Hərbi Hava Qüvvələrindən gələn mesajların ələ keçirilməsi ilə bağlı araşdırmaya başlayıb. 

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Frankfurter Allgemeine agentliyi məlumat yayıb.

 

Bu məqsədlə Hərbi Əks-Kəşfiyyat Federal İdarəsi (BAMAD) bütün lazımi tədbirləri görüb”, - deyə Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.

 

Bundan əvvəl məlum olub ki, Almaniya Müdafiə Nazirliyi jurnalistlərin səs yazısının, ehtimal ki, yüksək rütbəli alman zabitləri arasında Krım körpüsünə planlaşdırılan hücumla bağlı söhbətin görünməsi ilə bağlı məlumatı şərh etmək niyyətində deyil.

 

Martın 1-də “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Almaniya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri arasında söhbətin audio yazısını əldə etdiyini bildirib. Onun sözlərinə görə, 40 dəqiqəlik səs yazısında alman əsgərlərinin Krım körpüsünü dağıtmaq planlarını müzakirə etdiyi  məlum  olur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ