Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103572
az

ABŞ Gürcüstan üçün təlim keçmiş hərbçilərinin sayını açıqlayıb

15:3728 Fevral, 2024
79
DÜNYA
  • A

Gürcüstandan olan 1600 nəfər ABŞ-da hərbi təlim keçib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Amerika səfiri Robin Duniqan ölkə parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib.

 

Siyasətçi əmin edib ki, heç bir ölkə Gürcüstanı belə dəstəkləmir.

"32 il ərzində [diplomatik münasibətlərin qurulmasından sonra] biz Gürcüstana 6 milyard dollardan çox yardım ayırmışıq", -   deyə  Duniqan vurğulayıb.

O deyir ki, belə bir əməkdaşlıq hər iki tərəfə fayda verir. Onun fikrincə, Gürcüstan öz suverenliyinin və ərazi bütövlüyünün qorunmasında ABŞ-dan yardım alır.

“Biz gürcü sərhədçilərinə təlim keçmişik. Gürcüstandan olan 1600 nəfər ABŞ-da hərbi təhsil alıb. Biz Gürcüstana NATO tipli avadanlığı verdik”, - deyə Duniqan qeyd  edib.

Xatırladaq ki, ötən gün Gürcüstanda hakimiyyətə sadiq olan “Xalqın Gücü” parlament hərəkatı son 30 ildə heç bir real nəticə vermədiyini əsas gətirərək, ABŞ-la münasibətlərə yenidən baxmağa çağırıb. Digər məsələlərlə yanaşı, ABŞ-ın iqtisadi dəstək, əməkdaşlıq, birbaşa uçuşların təşkili və vizasız rejimə can atmadığı göstərilir.

Gürcüstan hakimiyyəti bundan əvvəl 100 min nəfərlik hərbi ehtiyatın yaradılması barədə məlumat vermişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü