Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103564
az

Rusiyanın kəşfiyyat təyyarəsi Almaniyada göründü

14:2228 Fevral, 2024
127
DÜNYA
  • A

Almaniya Hərbi Hava Qüvvələri Rusiyanın İl-20M təyyarəsinin aşkarlanması səbəbindən qırıcı təyyarələri havaya qaldırıb.

Helsinki yaxınlığında hərbi kəşfiyyat təyyarəsi görünüb.


Oxu24.com  xəbər  verir  ki, Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, insident fevralın 26-da baş verib. Almaniya tərəfindən Laagedə (Almaniyanın şimalındakı Meklenburq-Ön Pommern federal əyaləti) sürətli reaksiya qüvvəsi yaradıldı. Elan edilmiş uçuş planı olmayan Rusiyanın İl-20M təyyarəsi Helsinkinin cənub-şərqində Alman Eurofighters tərəfindən aşkarlanıb.

Daha sonra Fransa Silahlı Qüvvələri Baş Qərargahının X sosial şəbəkəsindəki səhifəsində  Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin görünməsi barədə  məlumat yayıb.

Hesabatda Fransanın “Mirage 2000-5” döyüş təyyarələrinin Estoniya sərhədləri yaxınlığında Rusiyanın İl-20M təyyarəsinin qarşısını almaq üçün həyəcan siqnalı verildiyi qeyd edilib. "Məqsəd: Baltikyanı müttəfiqlərimizin hava məkanını qorumaqdır",- deyə Fransa ordusu rəsmi açıqlmada  qeyd  edib.

Rusiya Müdafiə Nazirliyi Rusiya kəşfiyyat təyyarəsinin uçuşu barədə məlumat verməyib və Almaniya Hərbi Hava Qüvvələri və Fransa Silahlı Qüvvələrindən yayılan məlumatları şərh etməyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi vurğulamışdı ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ