Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson fevralın 24-də Rusiyanın Ukraynada müharibə başlamasının ikinci ildönümündə Kiyevə gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib.
“Boris Conson da Kiyevdədir”, deyə deputat yazıb.
Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni və Belçikanın baş naziri Aleksandr De Kru Ukrayna ilə həmrəylik ifadə etmək üçün fevralın 24-də Kiyevə gəldikləri bildirilirdi.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də fevralın 24-də Ukraynaya səfər edib.
Həmin gün G7-yə üzv ölkələr Kiyevə gələcək dəstək haqqında birgə bəyanatı müzakirə edəcəklər.
Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyan edib ki, Rusiya ilə Ukrayna arasında sülh razılaşmaları əldə etmək səyləri Birləşmiş Ştatların əmri ilə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tərəfindən əngəllənib.
Bundan əvvəl Avropa Komissiyası Avropa İttifaqı ilə Rusiya arasında kommunikasiya kanallarının saxlanmasının vacibliyini bəyan edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR