Bayden Yuliya Navalnayanın adını qarışdıraraq onu “Yolanda” adlandırıb.
Oxu24.com xəbər verir ki, “BILD in Russian” Telegram kanalı buna diqqət çəkib.
Yuliya və Daria Navalnı ilə görüşdən sonra Ağ Ev rəhbəri qısa şərh verib. Çıxışının əvvəlində Bayden susdu və sonunda Navalnaya “Yolanda”,-deyə bildirib.
“Sabah biz Putinə qarşı sanksiyaları elan edəcəyik. Və mənə bir şey aydın oldu: Yolanda ərinin başladığı mübarizəni davam etdirəcəkdi. Ona görə də biz təslim olmuruq” ,-deyə o bildirib.
Ağ Ev hələ prezidentin adının çaşqınlığına münasibət bildirməyib.
Bundan əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin ABŞ prezidenti Co Baydenin Yuliya Navalnaya ilə görüşü ilə bağlı demişdi ki, “Qərbin Rusiyaya qarşı oyununun darıxdırıcı nümunələri təkrarlanır”.
Bir gün əvvəl Co Bayden Ağ Evdə Yuliya və Daria Navalnıları qəbul edib.
Bundan əvvəl Navalnının anasına oğlunun cəsədi göstərilmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR