Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103240
az

Şolz Hollandiyanın baş nazirinin NATO baş katibi vəzifəsinə namizədliyini dəyərləndirib

21:1522 Fevral, 2024
94
DÜNYA
  • A

Almaniya kansleri Olaf Şolz Hollandiyanın baş naziri Mark Ruttenin Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.

 

Bu barədə “Reuters” Almaniya hökumətindəki mənbəyə istinadən yazır.

 

NATO-nun hazırkı rəhbəri Yens Stoltenberq müvafiq vəzifəni 2014-cü ildə alıb.

 

Onun səlahiyyət müddətinin bu ilin oktyabrında başa çatacağı gözlənilir.

 

Adı açıqlanmayan üç diplomatın sözlərinə görə, hazırda Şimali Atlantika Alyansına üzv olan 20-yə yaxın ölkə Ruttenin namizədliyini təsdiqləyib.

 

Bununla belə, başqa bir agentlik mənbəsi xəbərdarlıq edib ki, hərbi blok bu məsələ ilə bağlı hələ yekun razılığa gəlməyib və hər an NATO-nun baş katibi postunun yeni favoriti ortaya çıxa bilər.

 

Fevralın 22-də ABŞ prezidenti Co Bayden Hollandiyanın baş nazirinin Şimali Atlantika Alyansının növbəti lideri kimi mümkün təyinatını dəstəkləyib.

 

“Politico” qəzetinin yazdığı kimi, Ağ Ev sahibinin hərəkətləri digər Qərb liderlərini də oxşar qərara sövq edə bilər.

 

Bundan əvvəl NATO-nun keçmiş baş katibi Yaap de Hop Sxeffer təşkilatın yeni rəhbərinin təyin edilməsinin gözlənilən vaxtını açıqlamışdı.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ
Fransanın xarici işlər naziri İsraildədir