Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103024
az

Tovuz istiqamətində nə baş verir? - Ermənistan MN-dən TƏCİLİ AÇIQLAMA

23:1218 Fevral, 2024
461
DÜNYA
  • A
Ermənistanın Çəmbərək (Tovuz-Gədəbəy istiqaməti) rayonunda yerləşən hərbi hissələrin birində “müharibə vəziyyəti və əsgərlərin hərbi hissəni tərk etməsinin qadağan olunması ilə bağlı tapşırıq verilməsi” haqqında xəbər yayılıb.
 
 
Oxu24.com  Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məsələ ilə bağlı təcili məlumat yayıb və iddianı təkzib edib.
 
 
Yerli KİV isə yazır ki, əsgərlərin çoxu sətəlcəm olub və onlara bu barədə danışmaq qadağan edilib:
 
“Problem hərbçilərə andiçmə mərasimindən sonra iki günlük məzuniyyət verilməsi nəticəsində yaranıb. Onlara tapşırılıb ki, bədən temperaturu 40 dərəcəyə qalxana qədər səs çıxarmasınlar. Hətta həkimə gedəcəkləri təqdirdə cinayət işi açılacağı ilə hədələyiblər”.
 
Ermənistan MN bu iddianı da təkzib edərək, heç bir epidemiya olmadığını qeyd edib. Bununla belə, hər iki informasiya ölkədə çaxnaşmaya səbəb olub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ