Qaynar xətt:

(+99450) 247 90 86

Fransa Rusiyanı kütləvi haker hücumlarında ittiham edib

Fransa Rusiyanı kütləvi haker hücumlarında ittiham edib

DÜNYA

358

18.02.2024, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu Fransanın hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.

 

O, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

 

"Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla üzləşirik. Rusiya dövləti ilə ayrı-ayrı ruslar arasında sərhədi bulandıran bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib".

 

Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlər ölkənin iri müdafiə müəssisəsinə hücum ediblər.

 

O qeyd edib ki, hücum dəf edilib, “amma bu, açıq-aydın Rusiya olub”.

 

Lecornu iddia edir ki, hakerlər “Fransa və onun müttəfiqləri üçün” hərbi istehsalı pozmağa cəhd ediblər.

 

 

Miri