Qaynar xətt:

(+99450) 247 90 86

İran yeni hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini təqdim edib

İran yeni hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini təqdim edib

DÜNYA

476

17.02.2024, 23:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran Müdafiə Nazirliyi yeni “Arman” və “Azaraxş” hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini təqdim edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

 

Onun sözlərinə görə, bu sistemlər ilk dəfə 2022-ci ilin aprelində İran Ordusu Günü paradında təqdim edilib.

 

Arman kompleksi iki versiyada təqdim olunur: bir model aktiv radarla təchiz olunub, digəri isə passivdir.

 

“Azaraxş” obyektlərin aşkarlanması və izlənilməsi üçün eyni zamanda radar və optik-elektron sistemdən istifadə edərək aşağı hündürlükdə raketlərlə mübarizə kompleksidir.

 

Təqdimatda ölkənin müdafiə naziri Məhəmməd Rza Aştiani iştirak edib.

 

Miri