Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Təyyarə göydə yandı

TƏCİLİ! Təyyarə göydə yandı

DÜNYA

539

17.02.2024, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İstanbula uçan təyyarə göyərtəsində baş verən yanğın səbəbindən Moskvaya dönüb

 

Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Moskva-İstanbul reysi zamanı göyərtəsində baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına qayıdıb.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə “Aviatorschina” teleqram kanalı məlumat yayıb.

 

Təyyarənin pilotu   havaya qalxdıqdan bir neçə dəqiqə sonra hadisə barədə məlumat verib.

 

Daha sonra o, tüstünün təmizləndiyini açıqlayıb və gözləmə zonasına keçmək qərarına gəlib.


Kanalın məlumatına görə, hava limanı təcili xilasetmə qrupu üçün mavi kod siqnalı elan edib. 15 dəqiqə gözləmə zonasında qaldıqdan sonra gəminin kapitanı laynerin uçuş aerodromuna doğru getdiyini bildirdi. Orada Boeing 737-800 uğurla eniş etdi. Sərnişinlər 3 saat sonra alternativ təyyarə ilə İstanbula yola düşüblər.

 

 

Miri