Türkiyədə liseyə silahlı hücum olub, 1 şagird ölüb, 4 nəfər yaralanıb
22 Sentyabr 2026, 10:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
331
14.02.2024, 20:33
Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi Enerqodar şəhəri Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb.
Oxu24.com xəbər verir ki, Bu barədə “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov Telegram kanalında yazıb.
“AFU yaraqlıları dinc energetiklər şəhərciyini üç kamikadze dronla vurdular. Hücum nəticəsində şəhər administrasiyasının binasına ziyan dəyib. Allaha şükürlər olsun ki, itki yoxdur”, - Roqov yazıb.
Roqovun məlumatını Enerqodar meri Eduard Senovoz da təsdiqləyib.
“Hazırda şəhərin mərkəzində üç PUA hücumu həyata keçirilib. Zərərçəkənlər və dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir. Şəhər sakinlərindən ayıq və diqqətli olmalarını xahiş edirik!” – mer öz Telegram kanalında yazıb.
Enerqodar şəhəri Zaporojye vilayətində Dnepr çayının sol sahilində yerləşir. Onun ərazisində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası tikilmişdir. O, mütəmadi olaraq atəşə tutulur, lakin hələ də heç bir təhlükəli radiasiya hadisəsi qeydə alınmayıb.
Fevralın 7-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye vilayətində təmas xəttində olub.
Daha əvvəl MAQATE rəhbərinin Moskvaya səfərinin nə vaxt baş tuta biləcəyi məlum olub.
Nigar
11:48 / 22 Sentyabr 2026
1
11:45 / 22 Sentyabr 2026
33
11:43 / 22 Sentyabr 2026
16
11:41 / 22 Sentyabr 2026
21
11:39 / 22 Sentyabr 2026
19
11:27 / 22 Sentyabr 2026
32
11:17 / 22 Sentyabr 2026
35
11:16 / 22 Sentyabr 2026
31
11:12 / 22 Sentyabr 2026
51
11:09 / 22 Sentyabr 2026
43
11:05 / 22 Sentyabr 2026
70
11:02 / 22 Sentyabr 2026
35
10:57 / 22 Sentyabr 2026
33
10:54 / 22 Sentyabr 2026
195
10:49 / 22 Sentyabr 2026
1002
10:21 / 22 Sentyabr 2026
35
10:15 / 22 Sentyabr 2026
38
10:10 / 22 Sentyabr 2026
62
10:00 / 22 Sentyabr 2026
49
09:59 / 22 Sentyabr 2026
60
09:42 / 22 Sentyabr 2026
75
09:38 / 22 Sentyabr 2026
61
09:36 / 22 Sentyabr 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.