Rusiya vuruldu - Son dəqiqə!
22 Sentyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
321
13.02.2024, 22:41
Livanın cənubundakı hücumlarla bağlı İsrail ordusundan açıqlama verilib.
Oxu24.com xəbər verir ki, açıqlamaya görə, İsrail təyyarələri son vaxtlar Livanın cənubunda hərbi birləşmələr və Hizbullah üzvlərinin yerləşdiyi müşahidə məntəqələri də daxil olmaqla 7 fərqli bölgəyə hücum edib.
Həmçinin qeyd olunub ki, gün ərzində Livanın cənubunda bir çox nöqtələrə artilleriya zərbələri endirilib.
İsrail ordusunun hücumları Hizbullahın gün ərzində Kiryat Şmona şəhərini raketlərlə vurması və 2 israillinin yaralanması ilə İsrailin şimalına hücumundan sonra baş verib.
Hizbullah Kiryat Şmona şəhərindəki polis bölməsi və Hunin qalası bölgəsində İsrail əsgərlərinin toplanma məntəqəsinin “uyğun silahlarla” hədəf alındığını və atışların uğurlu olduğunu açıqlayıb.
Hizbullahla İsrail ordusu arasında toqquşma
8 oktyabr 2023-cü ildən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında qarşılıqlı toqquşmalar gedir.
Bildirilir ki, qarşıdurmalar səbəbindən Livanda 86 min, İsraildə isə 100 minə yaxın mülki vətəndaş evlərini tərk edərək didərgin düşüb.
Vasitəçi qismində çıxış edən ABŞ və Fransadan olan nümayəndə heyətləri Hizbullah ilə İsrail ordusu arasında qarşıdurmalara son qoymaq və quru sərhədini çəkmək üçün müxtəlif fasilələrlə Təl-Əviv və Beyruta səfər ediblər.
İsrailin sərhəddəki işğalları
1967-ci ildə Suriya ilə müharibə zamanı İsrail ordusu Qolan təpələrini, daha sonra Kefr Şuba təpələrini, Şebaa fermalarını və Livanın özünə məxsus olduğunu vurğuladığı Qacar kəndinin bir hissəsini işğal edib.
Livan Xarici İşlər Nazirliyi 4 iyul 2023-cü il tarixli bəyanatında İsrailin Qacar kəndinin şimalına girişi qadağan etdiyini və Təl-Əvivin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1 saylı qətnaməsini açıq şəkildə pozaraq işğal zonasını genişləndirmək istədiyi barədə xəbərdarlıq etdiyini açıqlayıb.
Nigar
14:15 / 22 Sentyabr 2026
1
14:07 / 22 Sentyabr 2026
56
14:03 / 22 Sentyabr 2026
25
14:02 / 22 Sentyabr 2026
1841
14:01 / 22 Sentyabr 2026
27
13:57 / 22 Sentyabr 2026
29
13:52 / 22 Sentyabr 2026
25
13:48 / 22 Sentyabr 2026
29
13:43 / 22 Sentyabr 2026
114
13:41 / 22 Sentyabr 2026
32
13:40 / 22 Sentyabr 2026
110
13:35 / 22 Sentyabr 2026
29
13:30 / 22 Sentyabr 2026
44
13:27 / 22 Sentyabr 2026
39
13:10 / 22 Sentyabr 2026
103
13:10 / 22 Sentyabr 2026
49
12:58 / 22 Sentyabr 2026
68
12:55 / 22 Sentyabr 2026
59
12:54 / 22 Sentyabr 2026
53
12:47 / 22 Sentyabr 2026
167
12:40 / 22 Sentyabr 2026
50
12:34 / 22 Sentyabr 2026
55
12:27 / 22 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.