"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
22 Sentyabr 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
375
12.02.2024, 22:54
Çexiya Xarici İşlər Nazirliyi ölkə hökumətinə Rusiya və Belarus vətəndaşlarına vizanın verilməsinə qoyulan qadağanın müddətinin uzadılmasını təklif edib.
Bu barədə məlumatı ČTK agentliyi yayıb.
Nəşr qeyd edir ki, bu qadağa 2022-ci il fevralın 24-dən sonra tətbiq edilib və 2024-cü il martın 31-dək davam edəcək. Bu, Ukraynadakı vəziyyətə görə ruslar və belaruslar üçün müvəqqəti olaraq dayandırılmış yaşayış icazələrinin verilməsini əhatə edir.
Agentliyin məlumatına görə, Çexiya Xarici İşlər Nazirliyi qadağanın uzadılacağı təqdirdə onun başa çatması üçün konkret müddətlər təyin etməməyi təklif edir.
Bununla belə, Çexiya hakimiyyəti humanitar səbəblərdən viza verməkdə davam edir. Bu, xüsusən də Çexiya və digər Aİ üzvü olan ölkələrin vətəndaşlarının qohumlarına təsir edə bilər. Bundan əlavə, Çexiya, Avropa İttifaqı və ya beynəlxalq təşkilatlar tərəfindən verilən təqaüdləri aldıqdan sonra Çexiya universitetlərində təhsil almağa gedən Belarus vətəndaşlarına ölkədə yaşamaq icazələrinin verilməsi davam edir.
Mart ayında Çexiya hakimiyyəti ölkənin ruslara və belaruslara viza verilməsinə qoyulan qadağanı 2024-cü ilin mart ayının sonuna qədər uzatmaq qərarına gəlib.
Bundan əvvəl Çexiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşları üçün vizasız hava limanı tranzitinə qadağa qoyulduğunu açıqlamışdı.
Miri
15:10 / 22 Sentyabr 2026
10
15:10 / 22 Sentyabr 2026
12
15:00 / 22 Sentyabr 2026
35
14:55 / 22 Sentyabr 2026
48
14:54 / 22 Sentyabr 2026
48
14:41 / 22 Sentyabr 2026
59
14:36 / 22 Sentyabr 2026
495
14:22 / 22 Sentyabr 2026
67
14:18 / 22 Sentyabr 2026
85
14:15 / 22 Sentyabr 2026
56
14:07 / 22 Sentyabr 2026
682
14:03 / 22 Sentyabr 2026
67
14:02 / 22 Sentyabr 2026
2394
14:01 / 22 Sentyabr 2026
64
13:57 / 22 Sentyabr 2026
64
13:52 / 22 Sentyabr 2026
66
13:48 / 22 Sentyabr 2026
62
13:43 / 22 Sentyabr 2026
142
13:41 / 22 Sentyabr 2026
56
13:40 / 22 Sentyabr 2026
140
13:35 / 22 Sentyabr 2026
50
13:30 / 22 Sentyabr 2026
53
13:27 / 22 Sentyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.