Qaynar xətt:

(+99450) 247 90 86

Respublikaçılar Trampın xatirinə Ukraynaya kömək etməyəcəklər

Respublikaçılar Trampın xatirinə Ukraynaya kömək etməyəcəklər

DÜNYA

432

12.02.2024, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Respublikaçılar Partiyası ehtiyat edir ki, Ukraynaya hərbi yardım haqqında qanun layihəsinin qəbulu Donald Trampın prezident seçiləcəyi təqdirdə onun əl-qolunu bağlayacaq və ən pis halda onun impiçmenti ilə nəticələnə bilər.

 

Bu barədə “Politico” yazır.

Jurnalistlərin məlumatına görə, Ohayo ştatından olan respublikaçı senator Ceyms Vans Respublikaçılar Partiyasının Senatdakı ofisinə məktub göndərib və orada o, Ukraynaya maliyyəni dayandırmaq istəsə, xarici yardım qanununun prezident Trampın əl-qolunu bağlaya biləcəyini iddia edib.

Bu qeyddə Vens onu da qeyd edir ki, Tramp Ukraynaya silah tədarükünü dayandırmağa cəhd etsə, hətta onun impiçmentinə səbəb ola bilər, o zaman bu, artıq qanunla nəzərdə tutulmuşdur (qanun qəbul olunarsa).

Politico qeyd edir ki, senator Vens Ukraynaya hərbi yardımın göstərilməsinin ən ardıcıl əleyhdarlarından biridir. O, Kiyevə Amerika silahlarının istənilən tədarükünü pozmaq üçün hər cür səy göstərir.

 

Nigar