Qaynar xətt:

(+99450) 247 90 86

İdmançı küçədə öldürüldü  -  FOTO

İdmançı küçədə öldürüldü  -  FOTO

DÜNYA

321

12.02.2024, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın Düsseldorf şəhərində fevralın 10-na keçən gecə 17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakov öldürülüb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Ukrayna Basketbol Federasiyası sosial şəbəkələrdə məlumat yayıb.

 

Volodya və dostu Artem Kozaçenko Düsseldorfun “ART Giants” (U-19) gənclər komandasında oynayırdılar.

 

Növbəti matç ərəfəsində gənc basketbolçulara sadəcə ukraynalı olduqları üçün küçədə bıçaqla hücum edilib.

Bundan əlavə, onun komanda yoldaşı Artem Kozaçenkonun da hücuma məruz qaldığı bildirilir.

Onun vəziyyəti hazırda kritik qiymətləndirilir. Ermakovu xilas etmək mümkün olmayıb.

Artıq yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə yerində bir neçə şahid olub.

Yermakov Ukraynanın gənclərdən ibarət komandasının (U-16) üzvü kimi 2022-ci ildə Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizə aparıb.

 Miri