Qaynar xətt:

(+99450) 247 90 86

Tunca körpüsü trafikə bağlanacaq

Tunca körpüsü trafikə bağlanacaq

DÜNYA

363

10.02.2024, 20:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ədirnədəki Tunca Körpüsü Halkalı-Kapıkule Sürətli Qatar Layihəsi işləri səbəbiylə 4 gün müddətində müəyyən vaxtlarda trafikə bağlanacaq.
 

Oxu24.com  xəbər  verir  ki, Ədirnə Bələdiyyəsindən verilən məlumata görə, Yüksək Sürətli Qatar Layihəsi viyadük işləri ilə əlaqədar 12-15 fevral tarixlərində 01.00-03.00 saatları arasında Tunca Körpüsü hər iki istiqamətdə nəqliyyat vasitələri və piyadaların hərəkətinə bağlanacaq.

 

Şəhər mərkəzindən Karaağaç rayonuna və Karaağaçdan şəhər mərkəzinə gedəcək vətəndaşlara Dr. Mehmet Müezzinoğlu Körpüsündən istifadə edə biləcək.

 

Çerkezköy və Kapıkule arasındakı Halkalı-Kapıkule Yüksək Sürətli Qatar Layihəsinin 153 kilometrlik birinci mərhələsinin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

 

Nigar