Qaynar xətt:

(+99450) 247 90 86

UNRWA: İsrail Qəzzada 1,1 milyon insan üçün BMT-nin ərzaq təminatını əngəlləyir

UNRWA: İsrail Qəzzada 1,1 milyon insan üçün BMT-nin ərzaq təminatını əngəlləyir

DÜNYA

384

10.02.2024, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail 1,1 milyon ac insan üçün BMT-nin Qəzza zolağına daşıdığı ərzaq yükünü limanda bloklayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

 

UNRWA-nın X sosial mediada verdiyi açıqlamada, "1,1 milyon insan üçün ərzaq yükü İsrail hakimiyyətinin son məhdudiyyətləri səbəbindən İsrail limanında qalıb",deyə o bildirib.

Agentlik BMT-nin Qəzzaya 1049 konteyner göndərdiyinə aydınlıq gətirib. Onların tərkibində düyü, un, noxud, şəkər və bitki yağı var idi.


Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi yanvar ayında Qəzza zolağında soyqırımın qarşısını almaq üçün İsrailə lazımi tədbirlər görməyə göstəriş vermişdi. Bundan əlavə, dövlət humanitar tədbirlərlə bağlı təsirli addımlar atmalıdır.

Bir ay ərzində İsrail qarşısına qoyulan şərtlərin yerinə yetirilməsi üçün görülən tədbirlər barədə məhkəməyə hesabat təqdim etməlidir.

Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) fevralın 9-da bildirib ki, İsrail hərbçiləri Qəzza zolağında Xan Yunisdəki Əl-Əmal xəstəxanasında bir neçə həkim və xəstəni saxlayıblar.

 

Miri